Logo
    main-post-cover

    Google Pixel 10-da istifadə ediləcək Tensor G5 prosessorunun bəzi texniki imkanları açıqlanıb

         Android Authority saytı gələn il təqdim olunacaq Google Pixel 10 smartfonlarında istifadə ediləcək Tensor G5 prosessorunun əsas özəllikləri barəsində məlumat verib. Məlumata əsasən Tensor G5-in hazırlanması prosesində Google şirkəti daha öncəki prosessorlarda istifadə edilmiş Samsung texnologiyalarından imtina edib. Beləliklə Tensor G5-in hazırlanma prosesində Samsung iştirak etmir.
         Məlumatda qeyd edilib ki, bu yeni prosessor 8 nüvəli olacaq və onun daxilində nüvələr “1+5+2” sxemi üzrə yerləşəcəklər. Prosessor özündə 1 ədəd Cortex-X4 nüvəsini, 5 ədəd Cortex-A725 nüvəsini və 2 ədəd Cortex-A520 nüvəsini birləşdirəcək. Prosessorda qrafik imkanlardan isə IMG DXT adlı 2 nüvəli qrafik çip cavabdeh olacaq. Sözügedən qrafik çip öz növbəsində ray-tracing texnologiyasını dəstəkləməlidir. Gözləntilərə əsasən Tensor G5 prosessoru TSMC şirkətinin 3 nanometrlik texnoloji prosesi əsasında istehsal ediləcək.
    Paylaş