
Google Pixel 10 smartfonlarında istifadə ediləcək Tensor G5 prosessoru Geekbench testlərindən keçib
Elm & Texnologiya
04.11.2024
Emil
Bir neçə müddət bundan öncə Google Frankel kod adına sahib cihazın Geekbench testlərindən keçdiyi məlum olub. Güman olunur ki, sözügedən cihaz Google şirkətinin hələ öz cihazlarında rəsmi şəkildə istifadə etməmiş Tensor G5 prosessoru vasitəsilə çalışır. Qeyd etmək lazımdır ki, Tensor G5 prosessorunun TSMC şirkətinin 3 nanometrlik texnoloji prosesi əsasında istehsal olunacağı gözlənilir.
Məlumata əsasən Tensor G5 prosessoru 8 nüvəli olacaq və onun tərkibində nüvələr “1+5+2” sxemi üzrə yerləşəcəklər. Yəni prosessor özündə 1 ədəd Cortex-X4 nüvəsini, 5 ədəd Cortex-A725 nüvəsini və 2 ədəd Cortex-A520 nüvəsini birləşdirəcək. Prosessor Geekbench-in bir nüvəli testi çərçivəsində 1323 xal, çox nüvəli testi çərçivəsində isə 4004 xal toplayıb. Qeyd etmək lazımdır ki, bu çox güman ki, Tensor G5 prosessorunun test versiyasıdır və bu göstəricilər onun real performansını əks etdirmirlər.

Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
