main-post-cover

    Google Pixel 3 və Pixel 3 XL modellərinin tam halı sızdırıldı (VİDEO)

    Elm & Texnologiya
    27.06.2018
    Nijat Hamid
    Öz fərqli dizaynı və Project Treble dəstəkli olan Pixel seriyasının ən yeni flaqman modelləri Pixel 3Pixel 3 XL modellərinin tam halı artıq sızdırılmış oldu. Steve Hommerstoffer (OnLeaks) MySmartPrice kimi sızıntıları doğru olan mənbələrin hazırladığı videolara görə telefonun son halı əvvəlki Pixel 2 seriyasına oxşar olacaq.    
    Pixel 3 seriyasında yenə 18:9 ekran və stereo dinamiklər olacaq. XL modelində isə çərtikli ekran olacaq. Hər 2 model dual selfie kamerasına malikdir.     
    Cihazlar əvvəlki flaqman model olan Pixel 2 seriyasına çox oxşayır. Pixel 3Pixel 3 XL modelinin digər fərqli cəhəti artıq metal gövdə yerinə, şüşəli hibrid gövdədən istifadə ediləcək. Əsas səbəb olaraq, naqilsiz sürətli sarj texnologiyasının istifadə edilməsidir. Telefonlarda Snapdragon 845 çipset, 4/6 Gb ram və 128/256 Gb yaddaş xüsusiyyətləri olacaq. Pixel 3Pixel 3 XL modellərinin 4 Oktyabr tarixində Google konfransı zamanı tanıdılması gözlənilir.

    Linki kopyala