main-post-cover

    Google Pixel 3 XL'in real fotoları sızdırıldı

    Elm & Texnologiya
    30.07.2018
    Farid Pardashunas
        Google şirkəti özünün Pixel adlı smartfon seriyasını təkmilləşdirməyə davam edir. Bu il şirkət sözügedən smartfon modelinin artıq üçüncü nəslini təqidm edəcək. Təqdimat çox güman ki, əvvəlki modellərin təqdimatları kimi 4 Oktyabr tarixində baş tutacaq. İndi isə XDA forumunun istifadəçisi Pixel 3 XL modelinin fotolarını təqdim edib. Xarici görünüşcə yeni model keçən ilki versiyadan fərqlənmir. Smartfon həminki şüşəli arxa panelə sahibdir. Lakin bu dəfə Pixel 3 XL modeli ekran üzərində çıxıntı hissə ilə təchiz olunub.

        Bu cür özəlliyi sevməyən istifadəçilər üçün isə Pixel 3 smartfonu nəzərdə tutulub. Görünür, Google şirkəti bu il də ikili arxa kamera trendinə fikir verməyəcək. Qeyd etmək lazımdır ki, Pixel smartfonları ikinci kamerasız da fotoların arxa fonlarını bulanıq edə bilirlər. Lakin bununla yanaşı Pixel kameraları optik zoom özəliyini dəstəkləmirlər. Buna baxmayaraq məlumata əsasən Pixel 3 XL modeli ikili ön kamera ilə təchiz olunacaq. Smartfonun Snapdragon 845 prosessoru və 4 GB RAM əsasında çalışacağı güman olunur. Onun barəsində digər məlumatlar isə hələki sirr olaraq qalır.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər