main-post-cover

    Google Pixel 3 XL kamerası ilə çəkilmiş fotolar yayılıb

    Elm & Texnologiya
    22.08.2018
    Farid Pardashunas
        Yeni nəsil Google Pixel smartfon modellərinin təqdimatına demək olarki 2 ay qalıb. Lakin artıq bir neçə Pixel 3 XL modeli bəzi jurnalistlər ilə bloqqerlərə göndərilib. Bəzi saytlarda isə sözügedən modelin kamerası vasitəsilə çəkilmiş fotoların nümunələri yayılıb. Üçüncü nəsil Pixel modellərində də Google şirkəti son zamanların trendi üzrə getməyərək öz yeni smartfonlarını yalnız bir arxa kameraya ilə təchiz edəcək. Kameranın dəqiq özəllikləri barəsində məlumatlar yalnız təqdimat zamanı məlum olacaq. Lakin artıq indidən Pixel 3 XL modelinin kamerası vasitəsilə çəkilmiş fotoları qiymətləndirmək olar. Qeyd etmək lazımdır ki, jurnalistlər və bloqqerlərə göndərilmiş Pixel 3 XL modelləri final modellər deyillər. Buna görə də satışa çıxana kimi Google şirkəti smartfonların kameralarındakı alqoritmləri təkmilləşdirə bilər. Pixel 3 və Pixel 3 XL modellərinin təqdimatı 4 Oktyabr tarixində baş tutacaq
    Aşağıda bir arxa kamera və machine learning texnologiyasından istifadə edərək Portret rejimində çəkilmiş foto əks olunub.
    Sonuncu foto isə Pixel 3 XL modelinin ön kamerası vasitəsilə çəkilib.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər