main-post-cover

    Google Pixel 3 XL Lite smartfonunun texniki göstərici məlumatları ortaya çıxdı

    Elm & Texnologiya
    14.01.2019
    Farid Pardashunas
        İnternetdə artıq bir neçə dəfə Google Pixel 3 XL Lite smartfon modelinin render fotoları ortaya çıxmışdı. İndi isə sözügedən smartfonun texniki göstəriciləri barəsində bəzi məlumatlar ortaya çıxıb. Belə ki, smartfon Foxconn Pixel 3 XL kod adı ilə məşhur Geekbench bençmark saytında ortaya çıxıb. Bilməyənlər üçün qeyd edək ki, Foxconn dünyanın ən böyük elektronika istehsalçısıdır. Onun zavodlarında Google, Apple və s. kimi digər şirkətlərin smartfonları istehsal olunur.

        Beləliklə Geekbench testi məlumatlarına əsasən Pixel 3 XL Lite modeli Snapdragon 710 prosessoru və 6 GB RAM ilə təchiz olunub. Müqayisə üçün qeyd etmək lazımdır ki, adi Pixel 3 XL modeli 4 GB RAM ilə təchiz olunur. Birnüvəli testdə Pixel 3 XL Lite modeli 1805 xal, çoxnüvəli testdə isə 5790 xal toplayıb. Bu cür göstəricilər Snapdragon 710 kimi orta səviyyəli prosessor üçün standart göstəricilərdir. Əvvəlki məlumat sızıntılarına əsasən Google Pixel 3 Lite və Pixel 3 XL Lite modelləri bu ilin yaz fəslində təqdim olunacaqlar. Onların təqribi qiymətləri isə 400-500$ olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər