Logo
    main-post-cover

    Google Pixel 3 XL smartfonu Geekbench testindən keçdi

        Google şirkətindən olan yeni Pixel modellərinin təqdimatına 2 ay vaxt qalıb. Lakin artıq indidən Pixel 3 XL modeli Geekbench testindən keçib. Bir çox istehsalçılar 8 GB RAM-a sahib smartfonlar istehsal edərək öz diqqətlərini 10 GB RAM-lıq göstəricilərə ayırdıqları bir vaxtda Google şirkəti yeni model Pixel smartfonu üçün 4 GB RAM-ın bəs edəcəyini düşünür. Belə ki, Geekbench testində məhz 4 GB RAM-a sahib Pixel 3 XL modeli əks olunub. Bununla yanaşı smartfon Snapdragon 845 prosessoru ilə təchiz olunub. Beləliklə smartfon birnüvəli testdə 2423 xal, çoxnüvəli testdə isə 8359 xal toplayıb. Google Pixel 3 XL Android 9 əməliyyat sistemi əsasında çalışır. Bundan əlavə olaraq bir sıra məlumatlara əsasən Pixel 3 XL modeli, üzərində çıxıntı hissəyə sahib böyük ekran və şüşədən hazırlanmış korpus ilə təchiz olunacaq. Gözlənildiyi kimi yeni Pixel modellərinin təqdimatı bu ilin Oktyabr ayında baş tutacaq.

    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...