main-post-cover

    Google Pixel 3a XL smartfonu təqdimatdan öncə mğaza rəflərində ortaya çıxdı

    Elm & Texnologiya
    03.05.2019
    Farid Pardashunas
        Hələ təqdim olunmamış məhsullar barəsində məlumat sızıntıları çox zaman riteylerlərin səhvləri ucbatından baş verirlər. Bu cür hadisə bu dəfə Google Pixel 3a XL smartfon modeli ilə baş verib. Pixel 3a ilə Pixel 3a XL smartfon modellərinin təqdimatı gələn həftə keçiriləcək Google I/O 2019 tədbirində baş tutmalıdır. Lakin həmin tədbirə kimi Pixel 3a XL modeli ABŞ-ın böyük mağazalar şəbəkəsi olan Best Buy-ın rəflərində ortaya çıxıb. Bununla yanaşı təqdim olunacaq smartfon modellərinin qiymətləri də məlum olub. Bu barədə Androidpolice saytına istinadən 4pda saytı xəbər verib.

        Məlumata əsasən Pixel 3a XL smartfonlarının yerləşdikləri qutular ABŞ-ın Oqayo ştatının Sprinqfild şəhərindəki Best Buy mağazasında aşkar edilib. Həmin qutular mağazanın hamıya açıq olan rəflərində saxlanılırdılar və diqqətli istifadəçilər qutuların bir neçə fotolarını çəkə biliblər. Smartfon qutusunun üzərindəki məlumatdan da görmək olar ki, Pixel 3a XL modeli 6 düym ekrana və 64 GB daxili yaddaş həcminə sahib olacaq.

        Daha bir böyük məlumat sızıntısı isə This is Tech Day adlı YouTube kanalından gəlib. Belə ki, həmin YouTube kanalı Pixel 3a ilə Pixel 3a XL modellərinin qutularını, smartfonların özlərini və qutuda olan komplektləşdirilməni sərgiləyib. Pixel 3a smartfonunun qutusunda qeyd edilib ki, o, 5.6 düym ekran, 64 GB daxili yaddaş həcmi ilə təchiz olunub.

        Bloqqer onu da qeyd edib ki, smartfon Full HD+ ekrana, plastik materialdan hazırlanmış gövdəyə və 3.5 mm-lik audiogirişə sahibdir. Lakin Pixel 3a modeli naqilsiz şarj texnologiyası ilə təchiz olunmayıb. Bloqqerin digər fotolarından görmək olar ki, Pixel 3a XL mdoelinin ekranı üzərində çıxıntı hissə yoxdur. Bununla yanaşı bloqqer smartfon qutusunun komplektləşdirilməsini də göstərib. Qutunun daxilində smartfondan əlavə olaraq şarj cihazı, USB Type-C naqili və USB Type-C-dən USB Type-A-ya keçid naqili var. Bloqqerin verdiyi məlumata əsasən 64 GB daxili yaddaşa sahib olan Pixel 3a modeli 399$-a satılacaq. Pixel 3a XL-in qiyməti isə 479$-dan başlayacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər