Google Pixel 4 ilə Pixel 4 XL barəsində yeni məlumatlar ortaya çıxdı (VİDEO)

TEXNOLOGİYA


12.06.2019 0 PAYLAŞIM 168 OXUNMA


    İnternetdə Google Pixel 4 ilə Pixel 4 XL smartfon modelləri barəsində yeni məlumatlar ortaya çıxıb. Bu barədə Gagadget saytı xəıbər verib. Belə ki, Unbox Therapy ləqəbi ilə tanınan məşhur texnobloqqer öz YouTube kanalında Pixel 4 ilə Pixel 4 XL modellərinin maketlərini təqdim edərək bildirib ki, bu smartfonlar Face ID texnologiyasının analoquinu əldə edəcəklər. Bunun üçün Google şirkəti smartfonların ekranlarının yuxarı hissəsində yerləşən çərçivələrində təsviri təyin edə bilən 5 ədəd ötürücü yerləşdirəcək.


    Beləliklə burdan da belə qənaətə gəlmək olar ki, yeni Pixel modellərinin ekranlarında çıxıntı hissə olmayacaq. Bundan əlavə olaraq 9to5google saytının verdiyi məlumata əsasən smartfonlar həmçinin Project Soli adlı çip ilə də təchiz oluna bilərlər. Bu çip yüksək sürətlə istifadəçi jestlərini izləyərək onları təyin edə bilir. Növbəti vacib məlumatı isə XDA-Developers saytının analitiki verib.


    Onun verdiyi məlumata əsasən Pixel 4 ilə Pixel 4 XL modelləri cihaz parlaqlığının daha dəqiq tənzimlənməsi üçün xüsusi sensora sahib olacaqlar. Faktiki olaraq bu, iPhone-da olan True Tone texnologiyasının analoqudur. Bu texnologiya həmçinin ətraf mühitdən asılı olaraq ekran rəngi temperaturunu da dəyişə bilir. Son məlumatlara əsasən sözügedən smartfonlar Snapdragon 855 prosessoru və 6 GB RAM ilə təchiz olunmalıdırlar. Yeni Pixel modellərinin bu ilin payız fəslində təqdim olunacağı gözlənilir.