main-post-cover

    Google Pixel 4 smartfon modelinin dizaynı ortaya çıxdı

    Elm & Texnologiya
    30.05.2019
    Farid Pardashunas
        Çox zaman smartfon aksessuarlarının istehsalçıları hələ təqdim olunmamış smartfon modellərinin dizaynlarını ortaya çıxardılar. Bu dəfə bu cür hadisə Google Pixel 4 smartfon modeli ilə baş verib. Bu barədə Gagadget saytı xəbər verib. Belə ki, Skinomi şirkəti Google Pixel 4 smartfon modelinin ekranı üçün nəzərdə tutulmuş qoruyucu örtüyün ön sifarişini açıq elan edib.
        Təbii ki, smartfonun texniki göstəriciləri barəsində heç bir məlumat verilməyib. Lakin sözügedən smartfonun necə görünəcəyini artıq indidən bilmək olar. Məlumat sızıntısına əsasən smartfon çox güman ki, ekran üzərində çıxıntı hissəyə sahib olmyacaq. Ön kamera Galaxy S10 modelində də olduğu kimi ekranın yuxarı sağ hissəsində yerləşəcək.

        Bundan əlavə olaraq fotodan da görmək olar ki, Pixel 4 modeli stereosəsgücləndiricilərə sahib olacaq və onlar smartfonun yuxarı ilə aşağı hissəsində yerləşəcəklər. Qeyd etmək lazımdır ki, Pixel 4 smartfon seriyası da iki versiyada təqdim olunmalıdır: Pixel 4 və Pixel 4 XL. Smartfonlar OLED ekran, Snapdragon 855 prosessoru və 6 GB RAM ilə təchiz olunmalıdırlar. Bununla yanaşı yeni Pixel modelləri həmçinin sürətli enerji yığma texnologiyası ilə naqilsiz şarj texnologiyasını əldə edə bilərlər. Yeni Pixel modellərinin bu ilin payız fəslində təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər