main-post-cover

    Google Pixel 4 smartfonu London metrosunda görülüb

    Elm & Texnologiya
    15.07.2019
    Farid Pardashunas
        9to5google saytının oxucularından biri London metrosunda, əlində Google Pixel 4 smartfon modelini tutmuş istifadəçinin fotosunu çəkib. Bu barədə Gagadget saytı xəbər verib. Təqdim olunmuş fotoda əks olunmuş smartfon xüsusi keysdədir. Onun arxasında yerləşən kamera modullarından belə qənaətə gəlmək olar ki, söhbət həqiqətən də yeni Pixel smartfon modelindən gedir.

        Bu cür kamera modullarının yerləşdirilməsini biz əvvəlki render fotolarında da görmüşdük. Smartfonun arxasında üç kamera modulu, LED işıqlandırma sistemi və mikrofon yerləşdirilib. Arxa paneldə barmaq izi skanı texnologiyası yoxdur. Son məlumat sızıntılarına əsasən Google Pixel 4 modeli OLED ekran, Snapdragon 855 prosessoru, 6 GB RAM, xüsusi ötürücü ilə Project Soli çipinə sahib Face Unlock texnologiyası ilə təchiz olunacaq.
        Qeyd etmək lazımdır ki, Project Soli çipi istifadəçinin üz mimikalarını yüksək sürətlə təyin etməyə imkan verir. Faktiki olaraq bu, Face ID texnologiyasının analoqudur. Smartfon barəsində hələki digər bir məlumat yoxdur. Çox güman ki, yeni Google Pixel smartfon seriyası bu ilin oktyabr ayında təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər