main-post-cover

    Google Pixel 4 və Pixel 4 XL smartfon modelləri barəsində maraqlı məlumat verildi (VİDEO)

    Elm & Texnologiya
    17.05.2019
    Farid Pardashunas
        Google şirkətinin yeni Pixel smartfon modellərinin təqdimatlarına hələ bir xeyli vaxt var. Lakin buna baxmayaraq sözügedən smartfon modelləri barəsində məlumatlar mütəmadi olaraq internetdə ortaya çıxıblar. Bu dəfə amerikalı bloqqer Jon Prosser öz mənbələrinə istinadən bildirib ki, Pixel 4Pixel 4 XL smartfon modellərinin gövdələrində fiziki düymələr olmayacaq. Bu barədə Gagadget saytı xəbər verib. Google şirkətinin bu ideyanı necə reallaşdıracağı hələki bilinmir.

        Qeyd etmək lazımdır ki, bu cür konsepsiyanı bir neçə müddət bundan öncə Meizu şirkəti özünün Zero adlı uğursuz konseptual smartfon modelində reallaşdırmışdı. Bundan əlavə olaraq məlumata əsasən yeni Pixel smartfonları genişformatlı ekranla təchiz olunacaqlar və onların ekranları üzərində Galaxy S10-dakı kimi ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi hissə olacaq. Yeni Pixel modellərində həmçinin stereosəsgücləndiricilərin, ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyasının və Snapdragon 855 prosessorunun olacağı da gözlənilir. Çox güman ki, yeni Pixel smartfon modellərinin təqdimatı bu ilin payız fəslində baş tutacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər