
Google Pixel 8 smartfonlarında istifadə edilən Tensor G3 prosessoru barəsində məlumatlar verilib
Elm & Texnologiya
03.10.2023
Emil
Artıq sabah Google şirkəti Pixel 8 smartfon seriyasını təqdim edəcək. Qeyd etmək lazımdır ki, sözügedən smartfon seriyası Tensor G3 prosessoru vasitəsilə çalışacaq. Təqdimata bir gün qalmış isə insayderlər Tensor G3 prosessoru barəsində məlumatları təqdim ediblər. Beləliklə təqdim edilmiş məlumata əsasən bu, 9 nüvəli prosessordur. O özündə 2.91 GHz tezlikdə çalışan 1 ədəd Cortex-X3 nüvəsini, 2.37 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A715 nüvəsini və 1.7 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A510 nüvəsini birləşdirir. Prosessorda qrafik imkanlardan isə Mali-G715 qrafik çipi cavabdehdir. Məlumatda qeyd edilib ki, Tensor G3 prosessoru 4 nanometrlik texnoloji proses əsasında hazırlanıb.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
