
Google Pixel-in ilk videosu sızdırılıb
Elm & Texnologiya
07.05.2017
Farid
Çoxsaylı şaiyələrə inansaq 4 Oktyabr tarixində "Google” şirkəti Pixel seriyasının iki smartfonunu təqdim edəcəyi prezentasiya keçirdəcək.
Pixel seriyasının Nexus-u əvəz edəcəyi düşünülür. Həmin prezentasiyada5 inç-lik Pixel və 5.5 inç-lik Pixel XL modellərinin təqdimatı gözlənilir.
Smartfonlar ekran və batareya ölçüsü baxımından fərqlənəcəklər. Lakin texniki
göstəriciləri tərəfdən onlar oxşar olacaqlar. İnternetdə artıq Pixel modelinin
fotoları mövcuddur. Lakin cihazın artıq videosu da sızdırılıb. Videoda cihazın3D renderi əks olunub. Videodan da görmək olar ki, daha öncə cihazın yayılmış
fotoları ilə videodakı 3D render fotosu arasında heç bir fərq yoxdur. Cihazın
korpusu metaldan hazırlanacaq. Onun arxa panelinin yuxarı hissəsi isə şüşədən
ibarət olacaq. Həmin şüşə hissəyə isə kamera, barmaq izi skanı və bilinməyən 3 ədəd
giriş yerləşdiriləcək. Güman etmək olar ki, həmin girişlərdən biri səs-küyü
aradan qaldıran əlavə mikrofon, digəri
isə lazerli avtofokus olacaq. Lakin 3-cü girişin nə üçün olduğu hələki sirr olaraq
qalır. Pixel modelinin güman olunan texniki göstəriciləri.
- 5 inç Full HD AMOLED ekran
- 4 nüvəli Snapdragon 820 prosessoru
- 4 GB RAM və 32 GB daxili yaddaş
- 12 MP Sony IMX378 arxa kamera və 8 MP Sony IMX179 ön kamera
- 2770 mAh enerji tutumlu batareya.
Paylaş
Bənzər xəbərlər