Logo
    main-post-cover

    Google Pixel Tablet planşeti barəsində yeni məlumatlar verilib

        Google şirkəti gələn ay Google I/O 2023 konfransını keçirəcək. Keçiriləcək konfrans çərçivəsində Google Pixel Tablet planşetinin təqdim ediləcəyi gözlənilir. İndi isə sözügedən planşet barəsində yeni məlumatlar verilib. Verilmiş yeni məlumatlara əsasən Pixel Tablet planşeti bazara 4 gövdə rəngində satışa çıxacaq. Planşet Google şirkətinin Tensor G2 adlı prosessoru vasitəsilə çalışacaq və Android 13 əməliyyat sisteminə sahib olacaq. Bundan əlavə olaraq planşet özündə 8 GB RAM-ı və iki variantda daxili yaddaş həcmini birləşdirəcək. Planşetin hansı qiymətə satılacağı bilinmir. Qeyd etmək lazımdır ki, Google I/O 2023 konfransı 10 may tarixində start götürəcək.
    Paylaş
    Bənzər xəbərlər