Google Pixel Tablet planşetinin hansı qiymətə satılacağı məlum olub
Elm & Texnologiya
20.04.2023
Emil
Roland Quandt adlı məşhur insayder bir neçə gün bundan öncə Google Pixel Tablet planşetinin bəzi texniki özəllikləri barəsində məlumat vermişdi. İndi isə insayder onun satış qiymətlərini açıqlayıb. Qeyd etmək lazımdır ki, sözügedən planşetin gələn ayın 10-da start götürəcək Google I/O 2023 konfransı çərçivəsində təqdim ediləcəyi gözlənilir. İnsayderin sözlərinə əsasən Google Pixel Tablet planşeti bazara 128/256 GB daxili yaddaş həcminə sahib versiyalarda satışa çıxacaq. Planşetin 128 GB daxili yaddaşa sahib versiyası Avropa bazarında 600 avroya, 256 GB daxili yaddaşa sahib versiyası isə 650 avroya satılacaq.
Paylaş
Bənzər xəbərlər