
Gələn həftə baş tutacaq Google I/O 2023 konfransı çərçivəsində təqdim ediləcək məhsullar arasında Pixel brendi altında ilk planşet modeli də olacaq. Evan Blass adlı məşhur insayder planşetin istifadəçi interfeysini sərgiləyən fotoları təqdim edib. Təqdim edilmiş fotolarda planşet ekranının ana səhifəsi əks olunub. Fotolardan birində ana səhifə adi rejimdə, digərində isə Dark Mode rejimində əks olunub. Bundan əlavə olaraq fotolarda ana ekrandakı bəzi vidjetləri görmək olar. Pixel Tablet adını əldə edəcəyi güman edilən planşetin Android 13 əməliyyat sistemi vasitəsilə çalışacağı gözlənilir. Söhbət, böyük ekranlı cihazlar üçün xüsusi olaraq optimizasiya edilmiş Android 13-dən gedir. Texniki özəlliklər baxımından planşet Tensor G2 prosessoru və 8 GB RAM ilə təchiz olunacaq.