Logo
    main-post-cover

    Google Pixel Tablet planşetinin keyfiyyətli fotosu ortaya çıxıb

        İnsayderlər Google Pixel Tablet adlı planşetin keyfiyyətli fotosunu təqdim ediblər. Təqdim edilmiş fotoda planşet həm ön həm də arxa tərəfdən əks olunub. Bundan əlavə olaraq fotodan da görmək olar ki, planşet bazara ağ rəngdə satışa çıxacaq. Lakin digər gövdə rənglərinin olacağı da istisna deyil. Google Pixel Tablet ağ rəngdə ekran ətrafı çərçivələr əldə edəcək və iki ədəd kamera ilə təchiz olunacaq.
        Onlardan biri ön paneldə, digəri isə arxa paneldə yerləşəcək. Planşetin 1-ci nəsil Tensor prosessoru vasitəsilə çalışacağı və özündə 256 GB daxili yaddaş həcmini birləşdirəcəyi gözlənilir. Bununla yanaşı onun yandırıb/söndürmə düyməsinə barmaq izi skanı texnologiyası inteqrasiya ediləcək. Qeyd etmək lazımdır ki, Google Pixel Tablet planşeti gələn ay baş tutacaq Google I/O 2023 konfransı çərçivəsində təqdim ediləcək.
    Paylaş
    Bənzər xəbərlər