Logo
    main-post-cover

    Google Pixel Watch 2 barədə yeni məlumatlar ortaya çıxıb

        Payız fəsli yaxınlaşdıqca Google şirkətinin bu fəsildə keçirtdiyi ənənəvi təqdimat tədbiri də yaxınlaşır. Şirkət ənənə üzrə hər ilin payız fəslində yeni Pixel smartfonlarını təqdim edir. Bu il şirkət Pixel 8 smartfon seriyasını təqdim etməlidir. Lakin yeni smartfonlarla yanaşı həmçinin Pixel Watch 2 smart saatının da təqdim olunacağı gözlənilir. İndi isə məlum olub ki, şirkətin yeni smart saatı ilə bağlı olan səhifə Google Play Console platformasında ortaya çıxıb. Bunun sayəsində smart saatın bəzi özəllikləri ortaya çıxıb.
        Beləliklə ortaya çıxmış məlumatlara əsasən Pixel Watch 2 şirkət daxilində eos kod adına sahibdir və o, keçən il təqdim olunmuş Pixel Watch-un dizaynını özündə birləşdirir. Söhbət, 384x384 piksel keyfiyyətli dairəvi ekrandan və hərəkətli  idarəetmə düyməsindən gedir. Çox güman ki, yeni smart saat həminki 1.2 düym OLED ekranla təchiz olunacaq. Daha əvvəl də güman edildiyi kimi Google yeni smart saatında Exynos prosessorundan imtina edəcək və Snapdragon-a keçid edəcək. Söhbət, Snapdragon W5 Gen 1 prosessorundan gedir. Məlumatda qeyd edilib ki, Pixel Watch 2 üstəlik 2 GB RAM ilə təchiz olunacaq. Daha öncəki məlumat sızıntılarına inansaq, smart saat 306 mAh enerji tutumlu batareyaya sahib olacaq.
    Paylaş
    Bənzər xəbərlər