Logo
    main-post-cover

    Google Pixel Watch 2-nin satış qiymətləri məlum olub

        Google şirkətinin növbəti təqdimat tədbirinə sayılı günlər qalıb. Şirkət artıq 4 oktyabr tarixində Pixel 8 smartfon seriyasını və Pixel Watch 2 smart saatını təqdim edəcək. İndi isə insayderlər Pixel Watch 2-nin satış qiymətləri barəsində məlumat veriblər. İnsayderlər bildiriblər ki, Google şirkətinin yeni smart saatı iki versiyada satışa çıxacaq. Onlardan biri Wi-Fi dəstəyinə, digəri isə 4G dəstəyinə sahib olacaq. Məlumata əsasən Pixel Watch 2-nin Wi-Fi dəstəyinə sahib versiyası Avropa bazarında 399 avroya, 4G dəstəyinə sahib versiyası isə Avropa bazarında 449 avroya satılacaq. Keçən il təqdim edilmiş Pixel Watch ilə müqayisədə yeni smart saatın satış qiymətlərində 20 avro artım olacaq. Son məlumat sızıntılarına əsasən Pixel Watch 2 smart saatı Snapdragon W5 Gen 1 prosessoru vasitəsilə çalışacaq və WearOS 4 əməliyyat sisteminə sahib olacaq.
    Paylaş
    Bənzər xəbərlər