Logo
    main-post-cover

    Google Pixel Watch 2-nin vacib funksiyası məlum olub

        Google şirkətinin yeni smart saatı olacaq Pixel Watch 2 barəsində məlumatlar ortaya çıxmağa davam edirlər. Ortaya çıxmış yeni məlumatlarda yeni smart saatın faydalı bir funksiyaya sahib olacağı qeyd edilib. Söhbət, bədən temperaturunun ölçülməsi funksiyasından gedir. Məlumatda qeyd edilib ki, Pixel Watch 2 bədən temperaturunu təkcə yuxu zamanı deyil, istənilən vaxt ölçə biləcək.
        Qeyd etmək lazımdır ki, son məlumat sızıntılarına əsasən bu cür özəlliyi həmçinin Pixel 8 Pro smartfonu da əldə edəcək. Məlumatda qeyd edilib ki, Pixel Watch 2 həmçinin Personal Safety adlı funksiyanı əldə edəcək. Bu funksiya istifadəçinin düşüşünü təyin edə biləcək. Google şirkətinin yeni smart saatının 384x384 piksel keyfiyyətli 1.2 düym OLED ekran, Snapdragon W5 Gen 1 prosessoru və 306 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər