Google Pixel Watch 2 smart saatı orijinaldan daha yüngül olacaq
Elm & Texnologiya
26.07.2023
Emil
İnternetdə Google Pixel Watch 2 smart saatı barəsində məlumatlar ortaya çıxmağa davam edir. İnsayderlərin vermiş olduqları yeni məlumatlara əsasən Google Pixel Watch 2 yeni gövdə materialını əldə edəcək. Belə ki, sözügedən smart saatın gövdəsi polad material əvəzinə alüminiumdan hazırlanmış gövdəni əldə edəcək. Bunun sayəsində smart saat daha yüngül çəkiyə sahib olacaq. Daha öncəki məlumat sızıntılarına əsasən isə Google Pixel Watch 2 smart saatı Snapdragon W5 Gen 1 və ya Snapdragon W5+ Gen 1 prosessoru vasitəsilə çalışacaq. Pixel Watch 2-nin Pixel 8 smartfon seriyası ilə birlikdə bu ilin payız fəslində təqdim olunacağı gözlənilir.
Paylaş
Bənzər xəbərlər