Logo
    main-post-cover

    Google Pixel Watch 2 smart saatı təqdim edilib - QİYMƏTİ

        Google şirkəti Pixel 8 smartfon seriyası ilə yanaşı həmçinin Pixel Watch 2 smart saatını da təqdim edib. Yeni smart saat xarici görünüşcə keçən ilki Pixel Watch-a bənzəsə də, texniki göstəricilər baxımından daha da təkmilləşdirilib. Beləliklə Pixel Watch 2 smart saatı 41 mm gövdə ölçüsünə sahibdir və onun gövdəsi alüminum materialdan hazırlanıb. Bundan əlavə olaraq smart saatın gövdəsi 5ATM standartı üzrə sudan qorunur. Pixel Watch 2 modeli 384x384 piksel keyfiyyətli 1.2 düym OLED ekranla təchiz olunub və ekran Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə olunub.
        Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir. Smart saat iki versiyada təqdim edilir. Onlardan biri yalnız Wi-Fi dəstəyinə, digəri isə Wi-Fi ilə yanaşı həmçinin LTE dəstəyinə sahibdir. Hər iki versiya özündə həmçinin Bluetooth 5.0 texnologiyasını və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipini birləşdirir. Pixel Watch 2 Snapdragon W5+ Gen 1 prosessoru vasitəsilə çalışır və 2 GB RAM, 32 GB daxili yaddaş həcmi, 306 mAh enerji tutumlu batareya ilə təchiz olunub.
        Smart saat bir dəfə şarj olunandan sonra 24 saat ərzində çalışa bilir. 100% enerjini isə 80 dəqiqəyə yığır. Pixel Watch 2 ürək döyüntüləri ritmini, qandakı oksigen miqdarını ölçə, elektrokardioqrammanı reallaşdıra, yuxu və stress səviyyəsini monitorinq edə bilir. Smart saat 12 oktyabr tarixində satışa çıxacaq. Yalnız Wi-Fi dəstəkli versiya 349$-a, LTE dəstəkli versiya isə 399$-a satılacaq.
    Paylaş
    Bənzər xəbərlər