Google Pixel Watch 2 smart saatı üzərində çalışır

Google Pixel Watch 2 smart saatı üzərində çalışır

Texnologiya
08.05.2023 PAYLAŞIM

    Google şirkəti keçən ilin payız fəslində Google Pixel 7 smartfon seriyası ilə birlikdə həmçinin Pixel Watch smart saatını da təqdim etmişdi. Verilmiş məlumata əsasən şirkət Pixel Watch-un davamçısı üzərində çalışır. İnsayderlər bildiriblər ki, hazırlanan yeni smart saat xarici görünüşcə Pixel Watch-a bənzəyəcək. Lakin bununla belə yeni smart saatın ekran ətrafı çərçivələri daha nazik olacaqlar. Bundan əlavə olaraq şirkət Pixel Watch-un davamçısına tamamilə yeni prosessor quraşdırmağı planlaşdırır.

    Yeni prosessor sayəsində yeni smart saat daha performanslı olacaq və daha az enerji sərfiyyatına sahib olacaq. Proqram təminatı məsələsinə gəldikdə, yeni smart saat çox güman ki, WearOS 4 əməliyyat sistemi vasitəsilə çalışacaq. Smart saat müxtəlif idman növlərini dəstəkləyə və istifadəçi səhhətinin müəyyən göstəricilərini monitorinq edə biləcək. Çox güman ki, Pixel Watch 2 bu ilin payız fəslində Pixel 8 smartfon seriyası ilə birgə təqdim olunacaq.




DAHA ÇOX


Apple Vision Pro qarışıq reallıq cihazının yeni keyfiyyətli fotoları ortaya çıxı..

Apple şirkəti dünən gecə Vision Pro adlı ilk qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazını təqd..


Honor fərdi prosessorlarını istehsal edəcək

Vaxtı ikən ABŞ hökumətinin sərt sanksiyaları ilə qarşılaşaraq fərdi Kirin prosessorlarının istehsalı..


Apple yenilənmiş Mac Studio-nu təqdim edib - QİYMƏTİ

Yenilənmiş Mac Pro ilə yanaşı Apple yeni Mac Studio-nu da təqdim edib.


Apple M2 Ultra-ya sahib yenilənmiş Mac Pro-nu təqdim edib - QİYMƏTİ

WWDC 2023 konfransı çərçivəsində təqdim edilmiş yeni məhsullardan biri də yenilənmiş Mac Pro kompüte..


Apple ən güclü prosessoru M2 Ultra-nı təqdim edib

Apple WWDC 2023 konfransı çərçivəsində öz yeni və ən güclü prosessoru olan M2 Ultra-nı təqdim edib...


Apple Vision Pro qarışıq reallıq (AR + VR) cihazı təqdim edilib - QİYMƏTİ (VİDEO..

Bir neçə il ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Apple şirkəti WWDC 2023 konfransı ç..

×