Logo
    main-post-cover

    Google Pixel Watch 2 smart saatının özəllikləri barəsində məlumatlar ortaya çıxıb

        Keçən ilin oktyabr ayında Google şirkəti Pixel brendi altında ilk smart saatını təqdim etmişdi. Söhbət, Google Pixel Watch-dan gedir. Bu il isə şirkət Pixel Watch 2-ni təqdim etməlidir. Pixel Watch 2-nin təqdimatına hələ uzun müddət olmasına baxmayaraq onun barəsində məlumatlar mütəmadi şəkildə internetdə ortaya çıxırlar. Android Authority saytı öz növbəsində Google-dakı mənbələrindən bu smart saat barəsində yeni məlumatları əldə edib. Beləliklə verilmiş yeni məlumatlara əsasən Pixel Watch 2 daha yeni və effektiv prosessor vasitəsilə çalışacaq.
        Qeyd etmək lazımdır ki, keçən ilki Pixel Watch modeli Exynos 9110 prosessoru vasitəsilə çalışır. Sözügedən prosessor öz növbəsində 2018-ci ildə təqdim olunub və 10 nanometrlik texnoloji proses əsasında hazırlanıb. Yeni məlumata əsasən isə Pixel Watch 2 smart saatı 4 nanometrlik Snapdragon W5 Gen 1 prosessoru vasitəsilə çalışacaq. Əlavə olaraq Google şirkətinin yeni smart saatı özündə 306 mAh enerji tutumlu batareyanı birləşdirməlidir. Məlumatda qeyd edilib ki, Pixel Watch 2 smart saatı 384x384 piksel keyfiyyətli 1.2 düym ekran ilə təchiz olunacaq. Smart saat üçün ekranların istehsalı ilə BOE əvəzinə Samsung Display şirkəti məşğul olacaq.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Google Pixel Watch 2 smart saatının özəllikləri barəsində məlumatlar ortaya çıxıb | Technote