Google Pixel Watch ağıllı saatı haqqında yeni məlumatlar sızdırılıb
Elm & Texnologiya
21.08.2018
Emil
İnsayderlər Google şirkətinin hazırladığı ağıllı saatlar barəsində
yeni məlumatlar paylaşıblar. Beləliklə məlumatlara əsasən şirkətin ağıllı saat
modeli Google Pixel Watch adlanacaq. O, Google şirkətinin hazırladığı Wear OS əməliyyat
sistemi əsasında çalışacaq. Güman olunur ki, Pixel Watch Qualcomm şirkəti tərəfindən
hazırlanan Wear 3100 prosessoru vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki,
Qualcomm şirkəti sözügedən prosessorları xüsusi olaraq daşına bilən cihazlar
üçün hazırlayır.
Sözügedən ağıllı saatın əsas özəlliklərindən biri də Coach tətbiqi
olacaq. Gələcəkdə onun adı Google Fit-ə dəyişilə bilər. Sözügedən tətbiq Google servislərinin məlumat bazalarından istifadə edərək istifadəçi üçün məşqlərin
planlarını təşkil edəcək və məşqlərdən sonra istifadəçi üçün sağlam qidanın
verildiyi restoranların yerini təqdim edəcək. Pixel Watch-un LTE dəstəyinə
sahib olub-olmayacağı barəsində isə heç bir məlumat yoxdur. Çox güman ki, Pixel
Watch 4 Oktyabr tarixində Pixel 3 və Pixel 3 XL smartfon modelləri ilə birlikdə
təqdim olunacaq.
Paylaş
Bənzər xəbərlər