
Google Pixel Watch smart saatının maya dəyəri satış qiymətindən 3 dəfə aşağıdır
Elm & Texnologiya
06.03.2023
Emil
Keçən ilin oktyabr ayında Google şirkəti öz ilk smart saatı olan Google Pixel Watch-u təqdim etmişdi. İndi isə Counterpoint Research şirkətinin analitikləri sözügedən smart saatın maya dəyərini hesablayıblar. Smart saatın maya dəyərini hesablamaq üçün analitiklər Google Pixel Watch-un LTE versiyasından istifadə ediblər. Qeyd etmək lazımdır ki, smart saatın LTE versiyasının qiyməti 400$ təşkil edir. Məlum olub ki, cihazın bütün komponentlərinin ümumi qiyməti onun satış qiymətindən 3 dəfə aşağıdır. Belə ki, smart saatın bütün komponentlərinin ümumi qiyməti 123$ təşkil edir.

Bu vəsaitin böyük hissəsi smart saatda olan 2 ədəd prosessora və yaddaş çipinə sərf edilir. Onların ümumi qiyməti 33.21$-dır. Smart saatın ekranı 21.16$-a, mobil şəbəkə ilə bağlı detallar 6.15$-a, şəbəkə əlaqəsinin təmin olunması üçün nəzərdə tutulmuş digər komponentlər isə 7$-a başa gəlir. Smart saatın digər komponentlərinə gəldikdə isə istifadəçi səhhətinin monitorinqi üçün nəzərdə tutulmuş müxtəlif sensorların qiyməti 10.21$, smart saatın gövdə qiyməti isə 18.08$ təşkil edir. Məlumatda həmçinin qeyd edilib ki, Google şirkətinin ilk smart saatının komponentlərinin əsas istehsalçısı Samsung-dur. Belə ki, Pixel Watch-un komponentlərinin 20%-i məhz Samsung tərəfindən istehsal edilir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
