main-post-cover

    Google Pixel XL 2-nin ilk texniki göstəriciləri sızdırıldı

    Elm & Texnologiya
    09.06.2017
    Emil Nəcəfov

    Keçən il “Google” şirkəti Pixel və Pixel XL adlı yeni smartfon modellərini təqdim etmişdi.

    Beləliklə şirkət, Nexus seriyasından tamamilə imtina etdiyini bildirmişdi. Smartfonların satışa çıxması ilə bir sıra istifadəçilər sözügedən smartfonlarda bəzi problemlər ilə qarşılaşırdılar. Lakin buna baxmayarq bir çoxları bu smartfonları ən yaxşı Android smartfonlar adlandırır. Hələ bu ilin əvvəlində bəzi xəbərlər yayılmışdı ki, “Google” şirkəti, artıq bu smartfonların yeni versiyaları üzərində çalışır. İndi isə bunun ilk real sübutu ortaya çıxıb. Belə ki, Google Pixel XL 2-nin ilk texniki göstəriciləri internetə sızdırılıb. Pixel XL 2-ni, keçmiş versiyadan ilk öncə onun xarici görünüşü fərqləndirməlidir. Məlumatlara əsasən smartfon, 5.6 inç ekran, 2.4 GHz tezlikli Qualcomm prosessoru (çox güman ki, Snapdragon 835), 4 GB RAM, 128 GB daxili yaddaş, 12 MP-lik arxa və 8 MP-lik ön kamera ilə təchiz olunacaq. “Google” tərəfindən yeni smartfonların bu ilin Oktyabr və ya Noyabr ayında təqdim olunacağı güman edilir.

    Linki kopyala