
Google Play-də kontenti pulsuz paylaşmaq imkanı olacaq
Elm & Texnologiya
08.05.2017
Android cihazların istifadəçiləri yaxın zamanda Google Play
servisində alınmış oyun, musiqi, filmləri ailə üzvləri və dostları ilə pulsuz
paylaşa biləcəklər. Bunun üçün Google Play-ə "Google Play Family Library Plan” adlı funksiya əlavə ediləcək. Həmin
funksiyaya 6 şəxsi əlavə etmək mümkün olacaq. Məlumata əsasən bu funksiyalı
hesab yaradan şəxs müəyyən kontenti ailəvi siyahıdan çıxarda biləcək (məsələn
uşaqlara uyğun olmayan musiqi və filmləri). Bu barədə Google-ın yaxın zamanda rəsmi
açıqlama verəcəyi gözlənilir. Ailəvi plan funksiyasının istifadəsi üçün ayrıca
heç bir ödəniş etmək lazım gəlməyəcək. Lakin alış-verişi reallaşdırmaq üçün
bank kartı ortaq hesab siyahısına qoşulmalıdır. Qeyd edək ki, bu cür funksiyanı
həmçinin Apple şirkəti öz App Store və iTunes servislərində istifadəçilərə təqdim
edir.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...