
'Google', rəsmi olaraq Android Oreo-nu təqdim etdi (VİDEO)
Elm & Texnologiya
21.08.2017
Emil
“Google” şirkəti nəhayət ki, Android-in yeni versiyası olan Android Oreo-nu təqdim etdi.
Göründüyü kimi əməliyyat sisteminin yeni versiyasının adı məşhur
Oreo peçenyelərindən götürülüb. Qeyd etmək lazımdır ki, Android Oreo ilk öncə
Pixel, Pixel XL, Nexus 5X, Nexus 6P smartfonları, Pixel C planşeti və Nexus
Player cihazı üçün aktiv olacaq. Lakin yeni əməliyyat sisteminin çıxış tarixi hələki
məlum deyil. İndi isə Android Oreo-nun yenilikləri haqqında məlumat verək. Ənənəvi
olaraq yeni sistem daha sürətli və təkmilləşdirilmiş olub. Yeni sistemdə yaradıcılar,
fonda çalışan tətbiqlərin yeni iş qaydası hesabına enerji sərfiyyatını
optimallaşdırıblar. Belə ki, sistem avtomatik olaraq məqsədsiz şəkildə enerji sərfiyyatına
səbəb olan tətbiqləri bağlayacaq. Beləliklə bu üsulla fonda çalışaraq yüksək miqdarda
enerji sərf edən tətbiqlərin, cihazın batareyasına zərəri aşağı salınıb.
Android Oreo-ya Vitals adlı yeni funksiya əlavə olunub. Bu
funksiya, cihaz batareyasındakı enerji tutumuna, təhlükəsizliyin təmin
olunmasına və cihaz performansının yüksəldilməsi kimi göstəricilərə nəzarət
edir. Bu sayədə cihazlar daha sürətlə çalışacaqlar. Şirkət bu
özəlliyi, Google Tables tətbiqinin üzərində nümunə kimi göstərib. Belə ki,
optimizasiyadan sonra bu tətbiq, 2 dəfə daha sürətli çalışmağa başlayıb. Həmçinin
şifrələrin avtomatik şəkildə doldurulması sistemi də təkmilləşdirilib. Belə ki,
bundan sonra şifrələr nəinki brauzerdə, həmçinin müxtəlif tətbiqlərdə də
avtomatik olaraq yığılacaq. Əgər sizin məlumatlarınız “Google”un bulud servisində
yerləşirsə, onda siz öz Twitter şifrənizi yenidən yazmalı olmayacaqsınız.
Mətnləri kopyalama mexanizmi təkmilləşdirilib. Məsələn əgər
istifadəçi mətndəki telefon nömrəsini, ünvanı və ya şirkətin adını seçsə, onda
telefon ona lazımi tətbiqlərdən (kontaktlar, xəritə və ya axtarış) birinin
istifadəsini məsləhət görəcək. Bildirişlər paneli daha funksional olub. Hər bir
tətbiqdən olan bildirişi, müxtəlif kanallara göndərmək və ya hər birini ayrıca
söndürmək mümkündür. Bundan əlavə olaraq bildirişləri daha sonraya ertələmək özəlliyi
də əlavə olunub. Videolar üçün nəzərdə tutulmuş picture-in-picture funksiyası əlavə
olunub. Bu funksiya bir çox kənar videoplayerlərdə mövcuddur. Lakin indi bu
funksiya, sistemin standart özəlliyi kimi əlavə olunub. Həmçinin tətbiqləri işə
salmadan onlardan olan bildirişlərə baxmaq da mümkündür. Yeni sistemdə Google Assistant isə daha
ağıllı olub.
Paylaş
Bənzər xəbərlər