Logo
    main-post-cover

    'Google', robot hazırlanması ilə məşğul olan 'Boston Dynamics' şirkətini satdı

    Elm & Texnologiya
    09.06.2017
    Emil

    “Google” şirkətinin sahibləri, “Boston Dynamics” şirkətini yapon holdinqinə satmaq qərarına gəldilər.

    Alphabet” şirkətinin sahibləri Larry PageSergey Brin (“Google”ın yaradıcıları), Yaponiyanın “Softbank” holdinqi ilə sövdələşmə bağlayıblar. Sövdələşməyə əsasən “Google” şirkətinin sahiblik etdiyi “Boston Dynamics” şirkəti bundan sonra “Softbank”a məxsus olacaq. Qeyd etmək lazımdır ki, “Softbank” isə öz növbəsində robotexnika və süni zəka sahəsinə külli miqdarda investisiyaların yatırılmasına başlayır. Sözügedən sövdələşmənin qiyməti barəsində heç bir məlumat yoxdur. “Google” şirkəti, “Boston Dynamics”i 2013-cü ilin Dekabr ayında almışdı. Keçən il isə onu satmaq istəyirdi. Şirkət qorxurdu ki, yaxın bir neçə il ərzində “Boston Dynamics” rəqabətə dözümlü bir məhsul təqdim edə bilməyəcək. Bu müddət ərzində isə “Boston Dynamics” şirkəti öz keçmiş məhsullarının bir sıra yeni modellərini təqdim etməyi bacardı. Onların arasında dördayaqlı robot SpotMini SPOT, sürətli Wild Cat robotu və iki ələ, iki təkərə sahib Handle robotu var. Bundan əlavə olaraq “Google”ın idarəçiliyi dövründə insana bənzər ATLAS robotu da təkmilləşdirilmişdir. İndi isə “Boston Dynamics”in robotexnika şöbəsi birbaşa “Softbank”a və ya onun Vision Fund adlı fonduna məxsus olacaq.
    Paylaş
    Bənzər xəbərlər