main-post-cover

    Google servislərinin alternativi Huawei Mobil Servisləri bu ay hazır olacaq

    Elm & Texnologiya
    24.12.2019
    Nijat Hamid
            Bildiyiniz kimi Huawei şirkətinin Google ilə lizensiyalarla bağlı problemləri yaranmışdı. Bu səbəblə artıq yeni Huawei telefonlarında Google servislərini istifadə etmək mümkün olmayacaq. Şirkət Google servislərinə alternativ olaraq öz servislərini yaratmağa qərar vermişdi və nəhayət ki, Dekabr ayında artıq bu servislər hazır olacaq. Bu haqda Huawei Hindistan müdiri Charles Peng məlumat verib.

    Huawei servisləri Google servislərinə güclü bir alternativ olacaq. Hindistanlı tərtibatçılardan da yardım alınıb.

            Google servisləri Android ekosisteminin önəmli bir parçasıdır. Hal-hazırda yeni telefon alarkən bir çox Google tətbiqi də cihazın üzərində gəlir. Lakin Huawei telefonlarına artıq bu aid deyil. Huawei Hindistan müdiri Peng-in dediklərinə görə artıq öz mobil servisləri bu ay içində tam şəkildə hazır olacaq. Həmçinin mobil ödəmələr üçün lazım olan servislər də hazırlanır. Huawei rəsmisinin dediklərinə görə istifadəçilər Google və Huawei-n mobil servisləri arasında heç bir fərq görməyəcəklər. Digər tərəfdən şirkətin məqsədinin Google servis və tətbiqlərinə tamamilə alternativ olmaq istədiyini görə bilirik. Peng deyir ki, yaxın aylarda çox geniş tətbiq bazasına malik Play Store tipli tətbiq mağazaları da hazır olacaq. Görünən odur ki, Huawei istifadəçilərini Google servis və xidmətlərindən uzaqlaşdırmaq istəyir. Bütün servislərə alternativ yaradılsa da istifadəçiləri Youtube-dan necə kənarlaşdıracaqları hələki məlum deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər