
"Google" səyahət sevərlər üçün yeni tətbiqini təqdim edib. Yararlanmağa dəyər!
Elm & Texnologiya
07.05.2017
Farid
"Google" şirkəti yeni Google Trips adlı mobil tətbiqi təqdim edib. Bu tətbiqin köməyilə asanlıqla dünyanın bütün nöqtələrinə səyahətlərinizi planlaşdıra bilərsiniz
Google Trips-in əsas məqsədi səyahət haqda
lazım olan bütün informasiyaları sizə təqdim etməkdir. Tətbiqin köməyilə
maraqlı məkanlar, nəqliyyat, qalmaq üçün yerlər, restoranlar və s. haqda məlumat
sahibi ola bilərsiniz. Tətbiqi açdıqda ən məşhur yerlərin adları əks olunacaq və
siz hara getmək istədiyiniz haqda seçimi etdikdən sonra bu şəhərlə bağlı hər
şey öz əksini tapacaq.
Bu tətbiqin ən sərfəli tərəflərindən biri gedəcəyiniz
yerə marşrut xəttini özünüzün seçə bilmək şansınızın olmasıdır. Tətbiq sizə yad
ölkədə sərbəst səyahət etməyə imkan yaradır. Maraqlı tərəf isə marşrut xətti statik
deyil. Siz istənilən vaxt məkanların sayını və məzmununu dəyişə bilərsiniz. Siz
gedəcəyiniz xətti artıra və ya azalda bilər, yaddaşda saxlayaraq yenidən dəyişikliklər
edə bilərsiniz. Google Tripslə daha yaxından tanış olduqda onun nə qədər
faydalı tətbiq olduğunu kəşf etmək mümkündür. Qeyd etməliyik ki, hələki, tətbiq
yalnız ingiliscə fəaliyyət göstərir. Amma yəqin ki, bu səyahətə hazırlaşanlar
üçün maneə sayılmaz.
Paylaş
Bənzər xəbərlər