main-post-cover

    Google şirkəti 50 milyon avro dəyərində cəzalandırıldı

    Elm & Texnologiya
    23.01.2019
    Orkhan Karimov
        Fransanın CNIL nizamlayıcı orqanı (azadlıq və məlumatlar məsələləri üzrə milli komissiya) Google şirkətini 50 milyon avro dəyərində cərimələyib. Bu cəriməni şirkət keçən ilin may ayında qüvvəyə minmiş məlumatlar təhlükəsizliyi üzrə ümumi reqlament (GDPR) qanununun pozulmasına görə ödəməlidir.
        Qeyd etmək lazımdır ki, Avropa Birliyi tərəfindən qəbul edilmiş bu qanun Avropa Birliyi zonasındakı istifadəçilərin özəl məlumatlarının qorunması yolunda qəbul edilmişdi. Sözügedən reqlament şirkətlərdən özəl məlumatların qorunması yolunda istehlakçılar üçün o optimal ayarları təklif etməyi tələb edir hansılar ki, lazımi vaxtda istifadəçilərin özləri barədə məlumatları silmələrinə imkan versinlər. CNIL bildirib ki, Google şirkəti məlumatların istifadəsi, emalı və onların əldə olunması üçün sorğuların göndərilməsi məsələlərində yetəri qədər şəffaf çalışmır.
        Bundan əlavə olaraq şirkət əldə olunmuş məlumatları hansı məqsədlər üçün istifadə olunacağı barəsində dolğun məlumat vermir və istifadəçilərin öz məlumatlarını idarəetmə ayarlarını təqdim etmir. Bundan əlavə olaraq nizamlayıcı orqan həmçinin NOYB (None of Your Business) və LQDN (La Quadrature du Net) adlı hüquq mühafizə qruplarından da bir çox şikayətlər əldə edib. Google şirkəti bu pozuntuları hələ də aradan qaldırmadığı üçün şirkət cərimə ilə cəzalandırılıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər