main-post-cover

    Google şirkəti Android 11 Developers Preview-nun ilk versiyasını təqdim etdi

    Elm & Texnologiya
    20.02.2020
    Emil Nəcəfov
        Google şirkəti heç gözlənilmədən Android 11 Developers Preview-nun ilk versiyasını təqdim etdi. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə Android-in yeni versiyası 5G şəbəkəsini dəstəkləyir. Bununla yanaşı Google tərtibatçıları Android 11-i, üzərində ön kamera üçün nəzərdə tutulmuş çıxıntı hissəli ekranlar və kənarları əyilmiş ekranlar üçün optimizasiya ediblər.
        Həmçinin yeni əməliyyat sistemində performansın və təhlükəsizliyin artırılmasına böyük diqqət ayrılıb. Bundan əlavə olaraq Android 11-də istifadəçinin yerinin təyin olunması funksiyası da təkmilləşdirilib. Belə ki, bundan sonra istfadəçi istifadə etdiyi tətbiqlərə yalnız bir dəfə üçün öz yerinin təyin edilməsinə icazə verə biləcək.
        Tərtibatçılar üçün nəzərdə tutulmuş Android 11 Developers Preview-nun ilk versiyasını artıq Google Pixel 2, Pixel 3, Pixel 3aPixel 4 smartfonlarının istifadəçiləri yükləyə bilərlər. Növbəti mərhələdə Android 11 Developers Preview-nun 2 versiyası olacaq. Daha sonra isə şirkət əməliyyat sisteminin 3 beta testini keçirdəcək. Android 11-in bu ilin üçüncü rübündə istifadəçilərə təqdim edilməsi planlaşdırılır.
    Linki kopyala