Google şirkəti Android smartfonlara hələ istehsalat mərhələsində quraşdırılmış virus aşkar edib
Elm & Texnologiya
10.06.2019
Farid Pardashunas
Google şirkəti hackerlərin Android platformalı smartfonları hələ onların istehsalı mərhələsində virusların quraşdırılması sxemini ortaya çıxardıb. Bu barədə Rusbase saytı xəbər verib. Zərərli tətbiqlər Android platformalı cihazlara hələ onların aktivləşdirilməsindən əvvəl quraşdırılırdı. Belə ki, hackerlər spam mesajların göndərilməsi üçün nəzərdə tutulmuş Triada adlı tətbiqdən istifadə ediblər. Hackerlər kiberhücumu proqram təminatı üzrə kənar təchizatçılar üzərindən reallaşdırıblar.
Öz məlumatında Google şirkəti hackerlərin proqram təminatı tərtibatçıları ilə necə qarşılıqlı əlaqədə olduqlarını və həmin virusları hansı üsul ilə smartfonlara quraşdırdıqları barəsində danışmayıb. Qeyd olunub ki, gizli virusu smartfonun istehsalı zamanı və həmçinin əməliyyat sistemi yenilənmələrinin yüklənmələri zamanı cihaza quraşdırmaq mümkündür. Bununla yanaşı şirkət həmçinin Triada tətbiqi vasitəsilə reallaşdırılmış kiberhücumdan hansı smartfon istehsalçılarının zərər çəkdikləri barəsində də məlumat verməyib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ