main-post-cover

    Google şirkəti Android yenilənməsi prosesini sadələşdirməyi planlaşdırır

    Elm & Texnologiya
    12.04.2019
    Farid Pardashunas
        Android əməliyyat sisteminin yenilənməsi Google ekosisteminin vacib hissəsidir. Lakin Android əməliyyat sistemi vasitəsilə çalışan çoxlu sayda cihazın olmasına görə bəzən vacib yenilənmələr vaxtında çıxmırlar. İstifadəçilər isə heç də həmişə öz cihazlarının yenilənmələri barəsində maraqlanmırlar. Məlumata əsasən Google şirkəti bu problemi aradan qaldırmaq qərarını verib. Belə ki, internetdə Android cihazlar üçün sistem yenilənmələrinin yeni yayılma sxemi barəsində ilkin məlumat ortaya çıxıb. Bu barədə Slashgear saytına istinadən 4pda saytı xəbər verib.
        Hal hazırda Google şirkətinin əməliyyat sistemi yeni OTA yenilənməsinin (Over-the-air programming) çıxışı barəsində istifadəçiyə məlumat verir. Lakin bildiriş ayarının smartfon menyusunda yerləşdiyi yer smartfon istehsalçısından asılı olaraq fərqlənir. Nəticədə istifadəçinin vacib sistem yenilənməsini gözdən qaçırtması şansı yaranır. Bəzi istifadəçilər hətta bu düymənin harda yerləşdiyini də bilmirlər. Görünür, Google şirkəti bütün cihazlar üçün bu problemin həllini reallaşdırmaq qərarını verib.
        Tərtibatçılar Google Play 14.5.52 tətbiqinin kodunda Android yenilənməsinin məhz Google Play mağazası vasitəsilə reallaşdırılması funksiyasını aşkar ediblər. Sistem yenilənməsinin yayılması üzrə bu yeni sxemin təfərrüatları hələki yoxdur. Güman olunur ki, cihaz üçün sistem yenilənməsinin olub-olmamasını yoxlama Google Play interfeysinin xüsusi düyməsinə inteqrasiya ediləcək. Faktiki olaraq söhbət, smartfonlarda olan bu düymənin Google Play üçün nəzərdə tutulmuş rahat analoqundan gedir.
        Bu həmçinin onu bildirə bilər ki, Google şirkəti mobil əməliyyat sisteminin yenilənməsini öz servislərinə birləşdirəcək. Bu halda həmin servislər istənilən Android versiyasının məcburi komponentinə çevriləcək. Şirkət ortaya çıxmış bu yeni sistem barəsində məlumatlara rəsmi bir açıqlama verməyib. Google şirkəti artıq bir neçə müddət bundan öncə antimonopoliya qanunlarını pozduğu üçün Avropa Komissiyası tərəfindən 4.32 milyard avro dəyərində cərimələnmişdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər