main-post-cover

    Google şirkəti bir əməkdaşın səhvi ucbatından internetdə 10 milyon dollarlıq reklam alıb

    Elm & Texnologiya
    06.12.2018
    Farid Pardashunas
        Google şirkəti əməkdaşlardan birinin səhvi ucbatından internetdə banner reklamlarının yerləşdirilməsi üzrə sifarişlər verib. Bu hadisə 4 dekabr tarixində baş verib. Google AdX sistemi vasitəsilə çalışma zamanı təlim keçmiş əməkdaşlardan biri real zaman ərzində banner reklamlarını alaraq onları yerləşdirən düyməni səhvən klikləyib. Nəticədə 45 dəqiqə ərzində Google şirkətinin banner reklamları ABŞ saytları və servislərinin istifadəçiləri üçün aktiv halda olub. Şirkət bunun səhvən olduğunu sonradan təsdiqləyib. Google şirkəti reklam bannerlərini almış bütün istifədəçilərin xərclərinin qarşılanacağını söz verib. Məlumata əsasən bu məbləğ 10 milyon dollar təşkil edə bilər. Lakin şirkətin özü bu barədə rəsmi bir məlumat verməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər