main-post-cover

    Google şirkəti büdcəli smartfonlar üçün Android 10 Go Edition əməliyyat sistemini təqdim etdi

    Elm & Texnologiya
    26.09.2019
    Farid Pardashunas
        Google şirkəti RAM göstəriciləri 1.5 GB-dan yuxarı olmayan büdcəli smartfon modelləri üçün Android 10 Go Edition əməliyyat sistemini təqdim etdi. Büdcəli smartfonlarda ənənəvi olaraq əməliyyat sisteminin çalışma sürətinin yüksəldilməsi üzrə aparılmış optimizasiyadan əlavə olaraq Android 10 Go Edition həmçinin istifadəçi məlumatlarının şifrələnməsi özəlliyini və yenilənmiş Google tətbiqlərini əldə etdi. Bu barədə 9to5google saytı xəbər verib. Şirkətin verdiyi məlumata əsasən tətbiqlərin işə salınması zamanı Android 10-un Go versiyasının çalışma sürəti keçən ilki versiya ilə müqayisədə 10% artıb.
        Bu yeni əməliyyat sisteminin əsas özəlliklərindən biri də Adiantum texnologiyasıdır. Bu texnologiya vasitəsilə büdcəli smartfonlar əməliyyat sisteminin çalışmasına zərər yetirmədən istifadəçi məlumatlarını şifrələyə bilirlər. Sadələşdirilmiş bu əməliyyat sistemi vasitəsilə çalışan büdcəli smartfonlar üçün olan standart tətbiqlər sırasına Gallery Go tətbiqi də əlavə edilib. Bu, Google Photos komandasının yaratdığı ən son məhsullardan biridir. Sözügedən tətbiq avtonom rejimdə machine learning texnologiyası ilə birlikdə çalışmaq üçün optimizasiya edilib.
        Bunun sayəsində smartfonda olan heyvan, portret, mənzərə və s. kimi fotolar aid olduqları kateqoriyalara ayrılacaq. Google Go axtarış sistemi isə veb səhifələrin oxunması özəlliyi və Google Lens-i dəstəkləməsi ilə diqqəti cəlb edir. Android 10 Go Edition əməliyyat sisteminə sahib smartfonlar payız fəslinin sonuna kimi satışa çıxmalıdırlar. Şirkətin verdiyi məlumata əsasən son 18 ay ərzində əməliyyat sisteminin Go versiyasına sahib 1600 smartfon modeli bazara satışa çıxıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər