Logo
    Google şirkəti bugün 25 yaşını qeyd edir

    Google şirkəti bugün 25 yaşını qeyd edir

      Dünyanın ən nüfuzlu texnoloji şirkətlərindən biri olan Google bugün 25 yaşını qeyd edir. Google şirkəti Larry Page və Sergey Brin tərəfindən 4 sentyabr 1998-ci il tarixində təsis edilsə də, şirkətin hər il ad günü məhz 27 sentyabr tarixində qeyd edilir. Bu münasibətlə Google Search-də müvafiq doodle işə salınıb. “25 il bundan öncə biz, istifadəçilərin öz böyük və kiçik suallarına cavab tapmaları üçün Google Search-ü istifadəyə verdik. Həmin vaxtdan milyardlarla insan məhz bu məqsədlə bizim məhsul və servislərimizə müraciət etdilər” - deyə Google bloqunda qeyd edilib. Google Search-də işə salınmış yeni doodle-da Google loqosunun illər ərzində necə dəyişdiyi əks olunub.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Google şirkəti bugün 25 yaşını qeyd edir