
Google şirkəti Chromebook Plus adlı yeni noutbuk kateqoriyasını təqdim edib
Elm & Texnologiya
03.10.2023
Emil
Google şirkəti ChromeOS əməliyyat sistemi vasitəsilə çalışacaq yeni noutbuklar kateqoriyasını təqdim edib. Söhbət, Chromebook Plus-dan gedir. Bu noutbuk kateqoriyasına orta səviyyəli texniki göstəricilərə sahib cihazlar daxil olacaqlar. Google bu yeni noutbuk kateqoriyasının özəlliklərindən və kateqoriyaya daxil olacaq cihazların minimal texniki göstəricilərindən danışıb.
Google şirkətinin özü Chromebook Plus noutbuklarını istehsal etməyəcək. Bunun yerinə şirkət sözügedən platformanı kənar istehsalçılara təqdim edəcək. Acer, HP, ASUS və Lenovo kimi şirkətlər artıq özlərinin Chromebook Plus modellərini anons ediblər. Chromebook Plus kateqoriyasına daxil olacaq cihazların minimal texniki göstəriciləri aşağıdakı kimi olacaq.
- 12-ci nəsil Intel Core i3 və ya 7000-ci seriyaya daxil olan AMD Ryzen 3 prosessorları
- 8 GB RAM
- 128 GB daxili yaddaş həcmi
- 1080p keyfiyyətli veb kamera
- Full HD keyfiyyətli IPS ekran.
Chromebook Plus kateqoriyasına daxil olacaq cihazlar xüsusi proqram təminatının dəstəyi ilə fərqlənəcəklər. Məsələn Google sözügedən platformaya Adobe Photoshop-u, Adobe Express-i və LumaFusion tətbiqlərini inteqrasiya edəcək. Chromebook Plus alıcıları Adobe şirkətinin adları qeyd edilmiş servislərinin veb versiyalarından və NVIDIA şirkətinin GeForce Now bulud servisindən 3 ay ərzində pulsuz yararlana biləcəklər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
