main-post-cover

    Google şirkəti Coral kod adına sahib smartfon üzərində çalışır

    Elm & Texnologiya
    25.01.2019
    Farid Pardashunas
        Görünür, Google şirkəti Pixel 3 LitePixel 3 Lite XL smartfon modellərindən başqa daha bir smartfon üzərində çalışır. Bu barədə Mysmartprice saytı xəbər verib. Belə ki, Geekbench adlı məşhur bençmark saytında Google şirkətinin Coral kod adına sahib naməlum smartfon modeli ortaya çıxıb. Ola bilər söhbət Pixel 4 smartfon modelindən getsin. Lakin bunun hələ dəqiq sübutu yoxdur.

        Beləliklə Geekbench məlumatlarına əsasən şirkətin naməlum smartfonu Snapdragon 855 prosessoru və 8 GB RAM ilə təchiz olunub. Bununla yanaşı smartfon Android Q əməliyyat sistemi vasitəsilə çalışır. Smartfon birnüvəli testdə 3296 xal, çoxnüvəli testdə isə 9235 xal toplayıb. Smartfonun təqdimat tarixi barəsində heç bir məlumat yoxdur. Lakin sözügedən smartfon həqiqətən də Pixel 4 modelidirsə, deməli onun təqdimatını bu ilin oktyabr ayı üçün gözləmək lazımdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər