main-post-cover

    Google şirkəti Currents adlı yeni servisi təqdim etdi

    Elm & Texnologiya
    11.04.2019
    Emil Nəcəfov
        Bir neçə müddət bundan öncə Google şirkəti özünün Google+ adlı sosial şəıbəkəsini bağladı. Lakin həmin vaxtda şirkət bildirmişdi ki, servisin korporativ hissəsi öz işini davam etdirəcək. İndi isə bunun necə olacağı məlum oldu. Bu barədə Gagadget saytı xəbər verib. Şirkətin təqdim etdiyi Currents adlı yeni servis artıq şirkətin tanış olan G Suite paketinə bənzəyir. Lakin Currents bir qədər fərqli dizayna və daha geniş funksionala sahibdir. Buna baxmayaraq o, Slack kimi digər korporativ messencerlərdən o qədər də fərqlənmir.

        İstifadəçilər servisin daxili qrup çatlarında ünsiyyət qura, servisdə hansısa qeydləri apara, qeydlərə teqlər əlavə edə, prioritetli məsələləri qeyd edə və həmin özəlliklərə müxtəlif postlar birləşdirə bilərlər. Google Currents hələki beta rejimində çalışır. Lakin sözügedən servisi yoxlamaq istəyən istifadəçilər CurrentsBeta@google.com poçt ünvanı vasitəsilə beta rejimində iştirak edə bilərlər. G Suite-də ediləcək bütün paylaşımlar isə daha sonradan yeni servisə inteqrasiya ediləcək.
    Linki kopyala