Google şirkəti də Galaxy S20-nin təqdimatında iştirak edəcək
Elm & Texnologiya
07.02.2020
Farid Pardashunas
Görünür, Samsung-un Galaxy Unpacked 2020 tədbirini təkcə pərəstişkarlar deyil həm də Google şirkətinin əməkdaşları da çox səbrsizliklə gözləyirlər. Belə ki, Android əməlyyat sisteminin rəsmi Twitter hesabında qeyd edilib ki, Google şirkəti də 11 fevral tarixində baş tutacaq Galaxy Unpacked 2020 tədbirində iştirak edəcək. “Maraqlı bir şey artıq çox yaxındır. Unpacked-ə görüşərik” - deyə Android-in Twitter hesabı qeyd edib. Söhbətin nədən getdiyi barəsində heç bir məlumat verilməyib.
Lakin bu barədə artıq bir sıra ehtimallar var. Məsələn bir sıra istifadəçilərin fikrincə Galaxy Unpacked 2020 tədbirində Google Play Edition-un yeni versiyası təqdim olunacaq. Qeyd etmək lazımdır ki, bu, kənar flaqman smartfonların istehsalçının təqdim etdiyi istifadəçi interfeysi yerinə standart Android-dən istifadədir. Hal hazırda bu proqram Android One adlanır və o əsasən büdcəli smartfon modellərində reallaşdırılır. Lakin çox güman ki, Galaxy Unpacked 2020 tədbirində Google şirkəti qatlana bilən ekranlı smartfonlar üçün optimizasiya edilmiş istifadəçi interfeysini təqdim edəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ