main-post-cover

    'Google' şirkəti də kriptovalyuta reklamlarına qadağa qoyur

    Elm & Texnologiya
    14.03.2018
    Farid Pardashunas
    “Google” şirkəti istənilən kriptovalyutanın, kriptobirjanın, rəqəmsal portmanatın və ICO-nun reklamının qadağan olunacağını elan edib.
        Yeni qaydalar 1 İyun 2018-ci il tarixindən qüvvəyə minəcək. Kriptovalyuta mövzusundan əlavə olaraq qadağa altına həmçinin binar opsionlar və böyük risklərə sahib digər maliyyə alətləri də düşüblər. Sözügedən mövzularda qadağalarla yanaşı məhdudlaşdırmalar həmçinin YouTube-dakı banner reklamlarını da əhatə edəcək. “Google” bildirib ki, bu qərar istehlakçıların kriptovalyuta sahəsində əldə edə biləcəkləri zərərlərdən onları qorumaq üçün verilib.
        Həmçinin şirkət bildirib ki, o, kriptovalyuta bazarını gələcəkdə nəyin gözlədiyini bilmir. Qeyd etmək lazımdır ki, “Google”dan əvvəl kriptovalyuta və binar opsionlar mövzusunda reklam qadağasını “Facebook” şirkəti təyin etmişdi. Sözügedən qadağadan sonra bəzi istifadəçilər bəzi sözlərdə hərf dəyişikliklərinə yol verərək bu cür qadağalardan yan keçməyi bacardılar. “Google” qadağadan bu cür kənar keçidlərin reallaşdırılmaması üçün əlindən gələni edəcəyini qeyd edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər