main-post-cover

    'Google' şirkəti foto və videonun redaktə olunması üçün 3 yeni mobil tətbiqi təqdim etdi

    Elm & Texnologiya
    12.12.2017
    Farid Pardashunas
    “Google” şirkəti foto və videonun redaktə olunması üçün 3 yeni mobil tətbiqi təqdim edib.
    Yeni tətbiqlər Storyboard, Selfissimo Scrubbies adlanırlar. Hər 3 mobil tətbiq təcrübi tətbiqlər kateqoriyasına aiddir. Həmin tətbiqlər fotolarda obyektlərin, insanların təyin olunması texnologiyalarından və şirkətin digər özəlliklərindən istifadə edirlər.
    Storyboard tətbiqi videonu komiks səhifələrinə çevirmək imkanını verir. O avtomatik şəkildə maraqlı kadrları seçərək onlara 6 vizual effektdən birini tətbiq edir. Bu mobil tətbiqdən yalnız Android istifadəçiləri yararlana bilərlər.
    Selfissimo bu tətbiqlər arasında yeganə tətbiqdir ki, həm Android həmdə iOS platformasının istifadəçiləri üçün aktivdir. İstifadəçi tərpənməyi dayandırıb poza verən zaman bu tətbiq avtomatik olaraq onun ağ-qara fotosunu çəkməyə imkan verir.
    Scrubbies tətbiqi video ilə çalışmaq üçün nəzərdə tutulub. O, videonun sürətini və onun istiqamətini idarə etməyə (məsələn videonu əks istiqamətdə oynatmaq olar) imkan verir. Bu tətbiq yalnız iOS istifadəçiləri üçün aktivdir.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər