main-post-cover

    Google şirkəti Google Glass smart eynəyinin adi istifadəçilər üçün olan versiyasının dəstəyini dayandırır

    Elm & Texnologiya
    09.12.2019
    Farid Pardashunas
        Google şirkətinin ləğv edilmiş layihələr siyahısına daha bir cihaz əlavə edildi. Belə ki, Google şirkəti elan edib ki, o, 2014-cü ildə istehlakçı bazarında işıq üzü görmüş 1500$ qiymətə sahib Google Glass Explorer Edition smart eynəyinin dəstəyini dayandırır. Bu eynəyin sahibləri artıq proqram təminatının final yenilənməsini əldə etməyə başlayıblar. Həmin yenilənmə isə smart eynəyin bir çox funksiyalarını ləğv edir. Bu barədə Gizmodo saytı xəbər verib.
        Şirkətin rəsmi saytındakı proqram təminatı yenilənməsinin təsvirinə əsasən istifadəçilər 25 fevral 2020-ci il tarixinə kimi həmin proqram təminatı yenilənməsini fərdi şəkildə yükləməlidirlər. Həmin tarixdən sonra isə yenilənmə smart eynəkdə Google hesabının istifadəsini dayandıracaq və Google hesabının şirkət servislərindən ayrılmasını reallaşdıracaq. Smart eynək yenilənmədən sonra da çalışmağa davam edəcək. Lakin bir çox funksiyasından məhrum olacaq.
        Onların sırasında Google ekosistemi və smartfonlar üçün nəzərdə tutulmuş MyGlass tətbiqi var. Smart eynək bir çox funksiyalarından məhrum olsa da ondan istifadə etmək mümkün olacaq. Belə ki, smart eynək Bluetooth texnologiyasının dəstəyini, ona kənar tətbiqlərin yüklənməsini, foto və video çəkilişini dəstəkləyəcək.
        Sözügedən proqram təminatı yenilənməsi smart eynəyin korporativ versiyası olan Google Glass Enterprise Edition modelini əhatə etməyəcək. Şirkət həmin versiyasını iki il bundan öncə tikinti və tibb sahəsindəki müştəriləri üçün təqdim etmişdi. Onu da qeyd etmək lazımdır ki, şirkət bu il Snapdragon XR 1 çipinə və USB Type-C girişinə sahib Google Glass Enterprise Edition 2 modelini təqdim edib. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər