main-post-cover

    Google şirkəti Huawei Mate 20 Pro'nu Android Q beta test proqramı siyahısından silib

    Elm & Texnologiya
    22.05.2019
    Emil Nəcəfov
        Google şirkəti bu ayın əvvəlində keçirilmiş I/O 2019 tədbirində Android Q əməliyyat sisteminin beta versiyasını 21 smartfon modeli üçün aktiv etmişdi. Həmin smartfon modelləri arasında Huawei Mate 20 Pro modeli də var idi. Lakin həmin smartfon sözügedən siyahıda çox qalmadı. Bu barədə 9to5Google saytına istinadən Gagadget saytı xəbər verib. Belə ki, Google şirkəti rəsmi olaraq Mate 20 Pro smartfon modelini yeni Android əməliyyat sisteminin test mərhələsi siyahısından silib. Lakin tərtibaçılar üçün səhifə hələ də aktiv şəkildə qalır.
        Buna baxmayaraq bu cür qərar bir daha onu sübut edir ki, Google şirkəti Çinin Huawei şirkəti ilə əməkdaşlığın dayandırılması niyyətindədir. Qeyd etmək lazımdır ki, ABŞ-ın ticarət nazirliyi Huawei şirkətini qara siyahıya salaraq ona xüsusi dövlət icazəsi olmadan ABŞ şirkətlərindən aparat və proqram təminatını almağa qadağan edib. Lakin buna baxmayaraq öz cihazlarının və telekommunikasiya xidmətlərinin dəstəklənməsi üçün ABŞ hökuməti şirkətə 90 günlük lisenziya verib. Həmin lisenziya vsitəsilə şirkət 90 gün ərzində artıq mövcud olan cihazlarında təhlükəsizlik sistem yenilənmələrini reallaşdıra biləcək.
    Linki kopyala