Google şirkəti insanın ölümünü öncədən proqnozlaşdıran alqoritm yaradıb
Elm & Texnologiya
19.06.2018
Farid Pardashunas
Google əməkdaşları insan səhhətinin
vəziyyətini analiz edərək onun ölüm tarixini müəyyən edən aılqoritm yaradıblar.
Bu barədə Bloomberg saytı xəbər verib. Sistem artıq test mərhələsindən də
keçib. Belə ki, yaradılmış alqoritm döş xərçəngi xəstəliyinin sonuncu mərhələsindən
əziyyət çəkmiş bir qadının ölümünü öncədən müəyyənləşdirmişdi. Həmin qadını xəstəxanada
müayinə etmiş həkimlər onun ölümünü 9.3% nisbətində proqnozlaşdırmışdılar.
Google tərəfindən yaradılmış alqoritm isə daha nikbin proqnoz (19.9%) vermişdi.
Nəticədə həmin qadın bir neçə gündən sonra vəfat etmişdi.
Tərtibatçılar əmindirlər
ki, yaradılmış yeni alqoritm həkimlərin işlərində onlara yardımçı olacaq və xəstəliklərin
daha dəqiq təyin olunmasında böyük rol oynayacaq. Qadının ölümü barəsində hesabatı
şirkət May ayında vermişdi. Hesabatda həmçinin neyron şəbəkələrinin tibb sahəsindəki
potensiallarından bəhs edilir. Google onu da bildirib ki, yaradılmış yeni
sistem nəinki təkcə xəstələrin ölümlərini proqnozlaşdıra həmdə onların yenidən
xəstəxanaya gələrək həkimə müraciət etmə şanslarını və xəstəxanada qalma müddətlərini də təyin edə
bilər. Proqnozların tərtib olunması üçün sistem bir sıra məlumatlardan istifadə
edir. Məsələn xəstənin etnik mənsubiyyəti, cinsi, daha əvvəlki diaqnozları,
laboratoriya tədqiqatlarının nəticələri və s. Sistem həmçinin proqnozun tərtib
olunmasında əsas yardımı göstərmiş məlumatı da qeyd edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək