Google şirkəti istifadəçi məlumatlarının reklam şirkətlərinə satılmasında günahlandırılır

Google şirkəti istifadəçi məlumatlarının reklam şirkətlərinə satılmasında günahlandırılır

Texnologiya
04.09.2019 PAYLAŞIM

    İrlandiyanın özəl məlumatların istifadəsi üzrə nizamlayıcı orqanı (Irish Data Regulator) Google şirkətini istifadəçilərin özəl məlumatlarının gizli şəkildə yığılmasında və onları reklam verənlərə ötürülməsində günahlandırır. Bu barədə The Financial Times saytı xəbər verib. Qeyd etmək lazımdır ki, İrlandiyanın bu nizamlayıcı orqanı Google şirkətinin Avropadakı biznesinə nəzarət edir. Onun məlumatına əsasən istifadəçi məlumatlarının yığılmasında şirkət gizli səhifələrdən istifadə edir. Bu isə şirkətin şəffaflıq siyasətinə və Avropa Birliyinin konfidensiallıq üzrə qanunvericiliyinə ziddir.

    Google şirkəti isə nizamlayıcı orqan ilə əməkdaşlıq etdiyinə görə bu günahları təkzib edir. Məlumata əsasən targetinq reklamları üçün istifadə olunan özəl məlumatlar sırasında istifadəçi səhhətinin vəziyyəti, onun siyasi maraqları və mənsub olduğu irqi var. İstifadəçi hesabının indikatoru unikaldır. Belə ki, o, heç kimin görmədiyi gizli səhifələrdə yerləşdirilib. Brave adlı brauzerin rəhbəri olan Johnny Ryan yeni istifadəçi hesabı yaradaraq həmin identifikatoru təyin etməyi bacarıb. Məlum olub ki, onun identifikatoru minimum 8 reklam şirkətinə göndərilib.


    Onun təcrübəsi digər yüzlərlə istifadəçi hesabında yoxlanılıb və təsdiq edilib ki, identifikatorlar həqiqətən də təkrarlanmırlar və targetinq reklamlar üçün istifadə olunurlar. Bu cür datalar isə dünyanın böyük reklam hərracında satılır. Potensial alıcılara dəqiq məlumatları təqdim etməklə Google şirkəti öz rəqibləri üzərində nəzərə çarpan üstünlük əldə edir. Halbu ki, şirkət 2018-ci ilin sentyabr ayında söz vermişdi ki, cookie faylların şifrələnmiş identifikatorlarını bir daha heç kimə təqdim etməyəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple bu il rekord sayda yeni məhsul təqdim edəcək

Bloomberg saytının məşhur jurnalisti Mark Gurman Apple şirkətinin bu il üçün olan planları barəsində..


Elon Musk-ın Neuralink şirkəti beyin implantının insanlar üzərində testlərinə ha..

Elon Musk-ın beyin interfeysi layihəsi ilə məşğul ola Neuralink şirkəti hal hazırda klinik testlər ü..


Google şirkəti Meta və Apple məhsulları ilə rəqabət apara biləcək AR cihaz üzəri..

Virtual (VR) və artırılmış (AR) reallıq cihazları bazarı daha çox şirkətin diqqətini cəlb etməyə dav..


Space Entertainment Enterprise şirkəti kosmosda film studiyası inşa etməyi planl..

Space Entertainment Enterprise adlı şirkət kosmosda film studiyası kimi fəaliyyət göstərəcək stansiy..


Həvəskar şəxs keçən əsrin noutbukunda bitcoin mayninqini işə sala bilib

İlk noutbuklar 1980-ci illərdə işıq üzü görüblər. Həmin zamanlarda satışa çıxmış noutbuklardan indik..


Samsung AMD qrafikalı Exynos 2200 flaqman prosessorunu təqdim edib

Uzun müddətlik aradan sonra Samsung şirkəti Exynos 2200 flaqman prosessorunu təqdim edib.

×